Qlobal elektrik enerjisinə tələb artımının bu il yavaşlaması, gələn il isə bərpa olunması gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Elektrik Enerjisi Bazarı" hesabatında deyilir.

Məlumata görə, növbəti 2 il ərzində elektrik enerjisinə tələb artımı təmiz enerji hesabına qarşılanacaq. IEA bu il qlobal elektrik tələbinin 2% artacağını proqnozlaşdırır ki, bu da ötən ilə nisbətən azdır. Hesabata əsasən, ABŞ-da elektrik enerjisinə tələb bu il 2%, Yaponiyada 3%, Avropa İttifaqında isə 3% azalacaq.

Buna baxmayaraq, iqtisadi proqnozun yaxşılaşması ilə 2024-cü ildə qlobal elektrik enerjisinə tələbin 3,3% artacağı gözlənilir.

IEA-nın proqnozlarına görə, 2024-cü ilə qədər bərpa olunan enerji mənbələri qlobal elektrik enerjisi istehsalının üçdə birindən çoxunu ödəyəcək.

 

Gözəl Həşimova