Dünən Türkiyədə gündəlik 711 min 794 meqavat-saat elektrik enerjisi istehsal edilib. İstehsalda birinci yeri 18,7 faizlə bəndli su elektrik stansiyaları tutub.

İqtisadiyyat.az xəbər verir ki, “Türkiyə Elektrik İletim AŞ” məlumatlarına görə, saatlıq əsasda ən yüksək elektrik istehlakı 34 min 755 meqavat-saat ilə saat 21.00-də, ən aşağı istehlak isə 24 min 938 meqavat-saat ilə saat 07.00-də olub.

Ötən gün gündəlik 711 min 794 meqavat-saat elektrik enerjisi istehsal edilib, istehlak isə 725 min 580 meqavat-saat olaraq qeydə alınıb.