Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiyanın 23 ən zəngin biznesmeninin sərvəti 32 milyard dollar azalıb.

2022-ci ildə “Sibura” və “Novatek” şirkətlərinin direktorlar şurasının üzvü Qennadi Timçenko sərvətinin demək olar ki, üçdə birini itirib. “Novatek”ın idarə heyətinin sədri Leonid Mixelson ilin əvvəlindən bu yana 6,2 milyard dollar itirib. “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun ilin ilk iki ayındakı zərəri isə 3,5 milyard dollara çatıb.

Ümumilikdə Rusiyanın ən zəngin 23 biznesmeninin sərvəti ilin əvvəlindən etibarən 375 milyard dollardan 343 milyard dollara qədər azalıb.