“Mövcud əməliyyat şəraiti vəziyyətində dövlət sərhədi milli təhlükəsizliyin təmin edilməsi üçün əsas səylərin cəmləşdiyi sərhəd olaraq qalır”.

İqtitisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

“Bunun fonunda beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi, yaranan problemlərin həlli və dövlət sərhədlərində sabitliyin təmin edilməsi üçün birgə səylərin birləşdirilməsi məsələləri getdikcə aktuallaşır. Odur ki, Dövlət Sərhəd Xidməti müxtəlif ölkələrin sərhəd xidmətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir. Qonşu dövlətlərin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir”, - o bildirib.