Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" daha bir ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, Kriştiano Ronaldonun da çıxış etdiyi klub 36 yaşlı fransız qapıçı Huqo Lorisə 2 illik transfer təklifi yollayacaq.

Qeyd edək ki, Fransa millisinin üzvü Kərim Benzema da Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubuna transfer olub.