Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 630 min barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnozla müqayisədə 10 min barel azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) sentyabr hesabatında deyilir.

Proqnozlara görə, gələn il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel təşkil edəcək.

Hesabata əsasən, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel olub.

 

Gözəl Həşimova