ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

Bu barədə İqtisadiyyat.az qurumun aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel təşkil edəcək. Gələn il isə ölkədə gündəlik neft hasilatı 640 min barel səviyyəsində olacaq.

Qurumun hesabatına görə, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

 

Gözəl Həşimova