ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ABŞ-də 2024-2025-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə yeni proqnozunu açıqlayıb.
Bu barədə İqtisadiyyat.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu il ABŞ-də gündəlik neft hasilatı 22,46 milyon barel, gələn il isə 23,16 milyon barel təşkil edəcək.
Qurum ötən il ABŞ-də gündəlik neft hasilatının 21,91 milyon barel olduğunu qeyd edib.
Gözəl Həşimova