İqtisadiyyat.az xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Əhmədinejadın ofisi sabiq prezidentə sui-qəsd təşkil olunması barədə məlumatı təkzib edib.
***21:58
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad qətlə yetirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Sabiq prezident həyat yoldaşı və iki oğlu ilə birgə Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Qətlin hansı şəraitdə və kimlər tərəfdindən törədilməsi məlum deyil.
***21:23
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Məlumata görə, o, küçədə açılan atəşlə qətlə yetirilib.