İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ər-Riyadda keçiriləcək sammiti çərçivəsində Tramp və Əş-Şəraa arasında təxminən 45 dəqiqəlik şəxsi görüş planlaşdırılır.
Mənbənin sözlərinə görə, ABŞ prezidenti Suriyada yeni rəhbərliyin mövqeyini dinləməyə razılıq verib.
Bununla belə, rəsmi Vaşinqton hələlik bu görüşlə bağlı təsdiq açıqlamayıb.