Dəyərli KİV nümayəndələri,

Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, son zamanlar bir sıra KİV mənsubları “eManat” brendilə bağlı xəbərləri dəqiqləşdirmədən, tərəfimizdən müvafiq şərhlər almadan əsassız və ya natamam məlumatlar dərc edir.  Şirkətimiz əhaliyə 24 saat xidmət göstəririr və hər zaman olduğu kimi media qurumları və ictimayyətlə də daim sıx əlaqədə olur. Şirkətə daxil olan mürəciətlər, şikayətlər zaman itkisi olmadan yerindəcə cavablandırılır və həllində operativ əməliyyatlar aparılır.

Media ilə dostluq münasibətlərimizi nəzərə alaraq, bir daha xahiş edirik ki,  şirkətin rəsmi təmsilçiləri tərəfindən şərh almadan materiallar dərc etməyəsiniz. Əks halda, bildirilməmiş xəbərlərin dərc olunması brendin müştərilərinə yanlış məlumatın verilməsi ilə nəticələnə bilər. Hazırki siyasətin əsas məqsədi KİV-də brend haqqında məlumatların düzgün və tam əhatəli şəkildə müştərilərə çatdırılmasıdır. 

Düşünürük ki, qarşı tərəf də oxuculara məlumat verən zaman brendin rəsmi mövqeyini qeydə almaqda maraqlıdır. 
Bir daha bildiririk ki, eManat brendi AR Mülki Qanunvericiliyinə əsasən vurulmuş zərərin ödənilməsi tələbi ilə müvafiq dövlət qurumlarına/orqanlarına müraciət etmək hüququna malikdir. 

Hörmətli KİV mənsubları, sizi məlumat mübadiləsi üzrə daha sıx və korporativ əməkdaşlığa dəvət edirik!
Şirkətin KİV ilə əlaqələr üzrə rəsmi təmsilçiləri barədə məlumatlar aşağıda qeyd olunmuşdur:

Ayşən Həsənova 
İctimai əlaqələr və marketinq üzrə aparıcı mütəxəssis 
0555058047
A.Hasanova@emanat.az

Murad Cəfərli
Hüquqşünas
0555159521
Murad.Jafarli@emanat.az