Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.
5 ilin eyni dövründə istehlakçılar ərzaq məhsullarına 39 milyard 828 milyon manat xərcləyiblər.
Təkcə bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi 9 milyard 428 milyon manatlıq ərzaq məhsulları alıb. Beləliklə, bu göstərici son 5 ilin ən yüksək səviyyəsinə çatıb.
İllər |
Əhalinin ərzaq xərcləri |
2021 |
5,89 milyard manat |
2022 |
7,17 milyard manat |
2023 |
8,64 milyard manat |
2024 |
8,69 milyard manat |
2025 |
9,42 milyard manat |
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.
Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Gözəl Azadəliyeva