Bu ilin 9 ayında əhalinin banklarda əmanəti 27 faiz artaraq 11 milyard manata çatıb.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə əhalinin dollarlaşma səviyyəsi 39,2 faiz təşkil edib.

Bundan əlavə, bankların balans kapitalı 5,3 milyard manata, cəmi mənfəəti 1 milyard manata, xalis mənfəəti isə 683 milyon manata çatıb.