Əfqanıstanın Herat vilayətində iş adamları Türkiyənin zəlzələlərdən əziyyət çəkən bölgələrinə 56 min 500 dollar pul yardımı edib.

İqtisadiyyat.az bildirir ki, yardımların çatdırılması üçün Herat Ticarət Palatasında təşkil edilən mərasimdə Türkiyənin Herat Baş konsulu Sinan İlhan və türk qurumlarının nümayəndələri, Herat valisi Mevlevi Nur Əhməd İslamcar, Herat Ticarət Palatası Başçısı Yunus Kazizadə və digər vəzifəlilər iştirak edib.

Herat rəsmiləri zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyiblər.

Qeyd edək ki, vilayət valisi Nur Əhməd İslamcar bildirib ki, "Məbləğ az olsa da, məqsəd iki ölkənin qardaşlığını və dostluğunu göstərməkdir".