2021-ci ildən bəri Əfqanıstanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin ən azı 38 əməkdaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Daniel Piter Endres "ToloNews"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölən əməkdaşlar əsasən tarlaları təmizləməklə məşğul olublar. Nümayəndə, işçilərin ölümünün hansı şəraitdə baş verdiyini açıqlamayıb.

O bildirilib ki, hazırda Əfqanıstanda 29 milyona yaxın insan humanitar yardıma ehtiyac duyur.

 

Gözəl Həşimova