"Əfqanıstan Xəzər dənizinin Türkmənistan sahilində yerləşən Türkmənbaşı beynəlxalq dəniz limanının tranzit imkanlarından istifadə etməkdə maraqlıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi bildirib.

Əzizi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı və Böyük İpək Yolunun praktiki dirçəlişinə töhfə verən müasir multimodal nəqliyyat və tranzit dəhlizinin əhəmiyyətini də qeyd edib.

 

Gözəl Həşimova