Mayın 29-da Əfqanıstanın Nimroz vilayətində, İranla sərhəddə yerləşən Zaranc qəsəbəsində Talibanla İran ordusu arasında baş verən sərhəd toqquşmasının nəticələri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Taliban və iranlılar arasında sərhəddə güclü atışma olub, ən azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, Tehran və Kabil arasında su hüququ ilə bağlı mübahisə səbəbindən gərginlik artıb.