Efiopiya BRICS-ə üzv dövlətlərə qoşulmaq üçün müraciət edib və ümid edir ki, bu, müsbət qarşılanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Efiopiya Xarici İşlər Nazirliyinin sözçüsü Meles Alem bildirib.

Diplomat qeyd edib ki, Efiopiya alyansa qoşulmaq üçün rəsmi müraciət edib.

Bundan əvvəl BRICS-ə qoşulmaq üçün rəsmi Əlcəzair, Banqladeş və Misir tərəfindən müraciət edilib. BRICS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Argentina, İran, İndoneziya, Səudiyyə Ərəbistanı və Türkiyə artıq qrupa qoşulmaqda maraqlı olduqlarını bildiriblər. 2023-cü ildə alyansa sədrlik Çindən Cənubi Afrikaya keçib.