Əbu-Dabi Milli Neft Şirkəti "ADNOC" Xəzər dənizindəki Abşeron qaz-kondensat yatağının işlənməsi layihəsində 30% pay alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əmirlik şirkəti məlumat yayıb.

Məlumata görə, qaz yatağının ehtiyatları 350 milyard kubmetr həcmində qiymətləndirilir.

Bilirilib ki, "ADNOC" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və hazırda layihənin səhmlərinin 50%-nə sahib olan Fransanın "TotalEnergies" şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, "ADNOC" SOCAR və "TotalEnergies"dən 15% səhm alacaq.

Əlavə edək ki, “Abşeron” yatağı Xəzər dənizində, Bakıdan 100 km aralıda və 500 m dərinlikdə yerləşir.

 

Gözəl Həşimova