İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
O söyləyib ki, bu təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaqla yanaşı, həm də uzunmüddətli dövrdə dövlətin maliyyə yükünün azaldılmasına, istehlakçılar üçün tariflərin aşağı salınmasına, eləcə də daxili istehsalın dəstəklənməsinə yönəlib:
“Söhbət avtomobil və avtobus istehsalının stimullaşdırılmasından, eyni zamanda "yaşıl iqtisadiyyat"ın təşviq edilməsindən gedir. Maliyyə bazarlarının genişləndirilməsi, habelə film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.