Ermənistan silahlı qüvvələri rayonlarımızı atəşə tutmaqda davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur.