Ağdam rayonunun Bənövşələr qəsəbəsi erməni işğalçıları tərəfindən artilleriya atəşinə tutulub. 

Qəsəbə ərazisinə çoxlu sayda top və “Qrad” mərmisi düşüb. Nəticədə, 12 ev tamamilə dağılıb, xeyli sayda evə isə ciddi ziyan dəyib. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin imzalanmasına baxmayaraq, Ermənistan tərəfi atəşkəs qaydalarına əməl etmir.Baku tv