Məşhur batareya və akkumulyator istehsalçısı "Duracell" sentyabrın sonunda Rusiya bazarına yeni adla qayıdacaq.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, "Duracell" məhsullarının simvolu adi dovşan əvəzinə qırmızı ayı olacaq və "Opticell" brendi adı altında satışa çıxarılacaq. Bildirilib ki, batareyaların qiyməti iki dəfə artacaq və hər biri 50 ilə 100 rubl arasında olacaq.

 

Gözəl Həşimova