İqtisadiyyat.az xəbər verir ki, söhbət  “Control Union Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir.

Belə ki, MMC nizamnamə kapitalının 225 000 dollardan 175 000 dollara azalmasını elan edib.

Xatırladaq ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən “Control Union” Azərbaycanda törəmə şirkətini 2023-cü ildə təsis edib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı ev.37 ünvanında yerləşir.

Şirkətin qanuni təmsilçisi İsa Cem Topbaşdır. 

“Control Union” kənd təsərrüfatı sahəsində yoxlama və sertifikatlaşdırma üzrə qlobal təşkilatıdır və 80-dən çox ölkədə müştərilərə xidmətlər təqdim edir.