Sentyabr ayında dünyada ilk diş çıxaran dərmanın insanlarda klinik sınaqlarına başlanacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dərman bütün sınaqlardan keçsə, 2030-cu ildə bazara çıxacaq.

Dişləri bərpa edə bilən dərmanın dünyada ilk dəfə insanlar üzərində sınaqdan keçirilməsi onun heyvanlar üzərində uğuru barədə xəbərlərdən sonra baş tutacaq.

2025-ci ilin sentyabr-avqust ayları arasında Kyoto Universitet Xəstəxanasında keçiriləcək sınaqda ən azı bir azı dişi əskik olan 30-64 yaşlı 30 kişi müalicə olunacaq.

 

Gözəl Həşimova