Dünyanın ikinci ən böyük iqtisadiyyatının artım tempi gözləntiləri üstələyib. Belə ki, bu ilin üçüncü rübündə Çin iqtisadiyyatı 4,9% böyüyüb.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Sorğuda iştirak edən analitiklər yalnız 4,4% artım gözləyirdilər.

Beləliklə, Çin iqtisadiyyatının artım tempi pərakəndə və sənaye sektorlarında fəallığın artması ilə əlaqədar sürətlənib.

 

Gözəl Həşimova