Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan “Dünya xoşbəxtlik hesabatı”nın (World Happiness Report) növbəti siyahısı açıqlanlıb. Finlandiya ardıcıl altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, “Dünya Xoşbəxtlik Hesabatı” hazırlanarkən altı əsas amil (sağlamlıq, sosial dəstək, azadlıq səviyyəsi, səxavət və korrupsiyanın olmaması) nəzərə alınır.

Məlumata görə, dünyanın ən xoşbəxt üç ölkəsi dəyişməz qalıb. Belə ki, ikinci və üçüncü yerləri müvafiq olaraq Danimarka və İslandiya bölüşüb. İsrail doqquzuncu yerdən dördüncü yerə yüksəlib. İlk 10-luqda Niderland, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da var. Rusiya reytinqdə 70-ci, Ukrayna isə 93-cü yerdə qərarlaşıb.

Livan və Əfqanıstan isə dünyanın ən bədbəxt ölkələri kimi tanınıb. Onlar müvafiq olaraq 136 və 137-cı yerləri tutublar. 

Maraqlıdır ki, siyahıda Azərbaycanın adına rast gəlinmir.