ABŞ-ın texnologiya şirkəti "Apple"ın bazar dəyəri ötən ilin yanvarından bəri ilk dəfə 3 trilyon dolları ötüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ilin əvvəlindən bəri şirkətin səhmləri 50%-dən çox bahalaşıb.

Məlumata görə, "Apple"ın səhmləri bu gün 1%-dən çox artaraq 193,15 dollar olub. Beləliklə, dünyanın ən dəyərli şirkəti olan "Apple"ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.

Şirkətin bazar kapitallaşması ilk dəfə 2022-ci ilin yanvarında qısa müddətə 3 trilyon dolları ötüb.