Dünyaca məşhur “Forbes” iqtisadiyyat jurnalı dünyanın ən dəyərli futbol klublarının siyahısını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Açıqlanan siyahıda 6,07 milyard dollar dəyərlə siyahıda birinci yeri Real Madrid tutub. Premyer Liqa nəhəngi "Mançester Yunayted" 6 milyard dollarla ikinci yeri tutub.

“Qırmızı şeytanlar” dəyərini əvvəlki illə müqayisədə 30 faiz artırmağı bacarıb. Digər tərəfdən, aşağıda qeyd olunan siyahıda ilk dəfə olaraq iki klub 6 milyard dollarlıq həddi keçib.

"Yunayted"i 5,51 milyard dollar dəyərlə La Liqa nəhəngi "Barselona" izləyir. “Liverpul” dördüncü, “Mançester Siti” beşinci, “Bavariya” isə altıncı yerdə qərarlaşıb.

Liqa 1-in hazırkı çempionu Paris Saint-Germain yeddinci, “Çelsi” isə səkkizinci yerdədir. “Tottenhem” 9-cu yerdə özünə yer tapır, “Arsenal” isə siyahının sonundadır.

Dünyanın ən dəyərli 10 klubunun cədvəli belədir:

Sıra             Klub                      Dəyəri

1.         Real Madrid                 6,07 milyard dollar
2.         Mançester Yunayted    6 milyard dollar
3.         Barselona                    5,51 milyard dollar
4.         Liverpul                       5,29 milyard dollar
5.         Mançester Siti             4,99 milyard dollar
6.         Bavariya                      4,86 ​​milyard dollar
7.         PSJ                             4,21 milyard dollar
8.         Çelsi                            3,1 milyard dollar
9.         Tottenhem                   2,8 milyard dollar
10.       Arsenal                        2,26 milyard dollar