Dünya əyalətləri və dialektləri ilə bağlı böyük məlumat mənbəyi sayılan "Ethnologue"  ən çox danışılan 10 dilin siyahısını açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən "Ethnologue"un hazırladığı siyahını təqdim edir:


1. Çin dili - 1,3 MİLYARD

Dünyada 1,3 milyard insan Çin dilində danışsa da, onların orta hesabla 900 milyonu Mandarin çincəsidir. Statistik olaraq, dünyada hər 6 nəfərdən biri Çin dilində danışır.

2. İspaniya - 485 MİLYON

Siyahının ikinci pilləsində ingilis dili gözlənilsə də, ispan dili böyük fərqlə öndədir. İBelə ki, Cənubi və Mərkəzi Amerikada insanların əksəriyyəti ispan dilində danışır.

3. İngilis dili- 373 MİLYON

Biznes, səyahət və beynəlxalq münasibətlərin ortaq dili olan ingilis dilini  xüsusən də Çin dili ilə müqayisədə öyrənmək asandır. Çox güman ki, ABŞ-ın genişlənən mədəniyyəti ilə ingilis dili uzun müddət populyar olaraq qalacaq.

4. Ərəb dili - 362 MİLYON

Təxminən 362 milyon insan ərəbcə ana dili kimi danışır. 


5. Hindi - 344 MİLYON

Hindistanda hindi/urdu dili də daxil olmaqla, 23 rəsmi dil var.  Urdu dili fars notasiyasından istifadə edir, hindi dili isə əsasən Hindistanın şimalında və Pakistanın bəzi bölgələrində danışılır.


6. Benqal - 234 MİLYON

Siyahıdakı ən təəccüblü adlardan biri olan Benqal 1947-ci ildə ingilislər tərəfindən işğal edilib və hazırda Hindistanın bir hissəsidir. Şərqi Benqal Banqladeş kimi tanınır. Benqal dili hazırda Qərbi Benqaliyada yaşayan 234 milyon insanın ana dilidir.

7. Portuqaliya - 232 MİLYON

15-ci əsrdən portuqal tacirləri və müxtəlif Portuqaliya koloniyaları bu dili Braziliya, Anqola, Mozambik, Kabo-Verde, Qvineya-Bisau, San-Tome və Prinsipi kimi ölkələrə gətiriblər.


8. Rus dili - 154 MİLYON

Təxminən 154 milyon insan  rus dilindən istifadə edir.  Anlaşılmaz qrammatikası və kiril əlifbası ilə məşhur olan bu dil Birləşmiş Millətlər Təşkilatında (BMT) danışılan 6 dildən biri olaraq qalmaqdadır.


9. Yaponiya - 125 MİLYON İNSAN

125 milyon yerli yapon dilində danışır. Qeyd edək ki, yapon dilində iki fərqli yazı sistemi var.

10. Pəncab dili  - 101 MİLYON

Pakistan və Hindistanın Pəncab bölgəsində əsasən pəncablıların danışdığı hind-ari dilidir.