İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Məlumata görə, ötən il şirkət 11,94 milyard dollar xalis mənfəət əldə edib.
Gəlir isə 93 milyard frankdan 91,35 milyard franka enib.
"Nestle"nin Şimali Amerikadakı gəlirləri keçən il 2,5%, Avropada 1%, Asiya, Afrika və Okeaniyada 4,1%, Çində 1,3% azalıb.
Qeyd edək ki, şirkətin portfelinə dünyanın 190 ölkəsində satılan "Nestle", "Nescafe", "Nesquik" kimi 2 mindən çox brend daxildir. Şirkətin 75 ölkədəki 337 zavodunda təxminən 277 min işçi çalışır.
Gözəl Həşimova