Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının gəlirləri əmtəə qiymətlərinin düşməsi və hasilatın tədricən azalması fonunda kəskin şəkildə azalmağa başlayıb.

İqtisadiyyat.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin neft ixracından gəlir 2022-ci ildən bəri 1,5 dəfə azalıb. İyun ayında ölkənin neftdən gəliri son üç ilin ən aşağı səviyyəsinə enib.

Bir il əvvəl neft krallığın ixracının 80 faizindən çoxunu təşkil edirdisə, hazırda bu göstərici 74 faiz təşkil edir.

Bildirilib ki, dünyanın ən böyük iqtisadiyyatlarında - ABŞ , Avropa və Çində iqtisadi fəaliyyətlə bağlı narahatlıqlar xammalın qiymətinə mənfi təsir göstərir.

Qeyd edəki ki, Səudiyyə Ərəbistanı 2028-ci ilə qədər iqtisadiyyatın neft sektoruna xərclərini 40 milyard dollar azaltmağı, diqqəti bərpa olunan enerjinin inkişafına və digər faydalı qazıntıların istehsalına yönəltməyi planlaşdırır.

 

Gözəl Həşimova