Böyük Britaniyada dünyanın ən böyük şaquli ferması tikilməkdədir.

Fermanın tikintisində əsas məqsəd idxal edilən qidalara tələbatı sonlandırmaqdır.
Britaniya pərakəndə satış şirkətləri artıq təzə reyhanlarının demək olar ki, üçdə birini “Jones Food Company” (JFC) komandasından alırlar. Reyhan, digər göyərti məhsulları ilə birlikdə İngiltərənin Linkolnşir şəhərindəki Avropanın ən böyük şaquli fermasında yetişdirilir.

Lakin Britaniyalılar indi yumşaq meyvələr, çiçəklər, tərəvəzlər və hətta üzümləri kommersiya miqyasında yetişdirməklə təcrübə aparırlar. Tədqiqatçılar yaxın 10 il ərzində bu ideyaları reallaşdırmaq üçün yeni müasir innovasiya mərkəzi açıblar.

Qeyd edək ki, şirkət bu məhsulların xaricdən gətirilməsinə ehtiyacı aradan qaldırmaq istəyir. Hökumətin verdiyi məlumata görə, 2020-ci ildə İngiltərədə istehlak edilən bütün qidaların təxminən yarısı xaricdən gətirilib.