İspaniyada dünyanın ən bahalı pendiri rekordu qırılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Şimali İspaniyada 2,2 kiloqramlıq kabrales mavi pendiri hərracda 30 min avroya satılıb.

Beləliklə, bu pendir dünyanın ən bahalı pendiri adını qazanıb. Məlumata görə, pendir 1400 metr hündürlükdəki mağarada 7 dərəcə Selsidə saxlanılıb.

Mağazalarda kabrales pendirinin adi qiyməti isə 1 kilo üçün 35 ilə 40 avro arasındadır.

 

Gözəl Həşimova