Sinqapur dünyanın ən azad iqtisadiyyatı seçilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın "Fraser" İnstitutunun analitik mərkəzinin hesabatında deyilir.

Məlumata görə, ölkə ötən il tutduğu ikinci yerdən birinci yerə yüksəlib. Bildirilib ki, Sinqapurun ümumi balı 0,06 bal artaraq ən yüksək səviyyəyə çatıb. İndeks vətəndaşların iqtisadi azadlıq səviyyəsini və onların müstəqil iqtisadi qərarlar qəbul etmək qabiliyyətini göstərir.

İndeksi hesablamaq üçün analitiklər, xüsusilə beynəlxalq ticarətin asanlığını, bazarlara sərbəst çıxışı, habelə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini qiymətləndirirlər.

 

Gözəl Həşimova