Koronavirusun daha çox mutasiyaya uğramış və sürətli ötürülmə riski olan “omikron” variantının alt növü “pirola” variantı (VA.2.86) artıq dünyanın bir sıra ölkələrində yayılıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

“Omikron” variantının “narahatedici variantı” adlandırılan “pirola” virusu ilk dəfə bu il Hindistanda peyda olub.

“Pirola” variantının ümumi simptomlarına aşağıdakılar daxildir:

  • Qızdırma
  • Öskürək
  • Baş ağrısı
  • Boğaz ağrısı
  • Zəiflik, yorğunluq
  • Əzələ və bədən ağrıları
  • Nəfəs almaqda çətinlik

Bu virusdan qorunmağın yolları insanların sıx olduğu yerlərdə maska taxmaq, şəxsi gigiyenaya diqqət yetirmək və immuniteti güclü saxlamaqdır.

“Pirola” variantı üçün yeni peyvəndlərin sentyabr ayında buraxılacağı və insanlara tətbiq ediləcəyi barədə məlumatlar olsa da, hələlik bu mövzuda rəsmi açıqlama verilməyib.

Dünyada pirola virusuna bu ölkələrdə rast gəlinib:

  • ABŞ
  • İsrail
  • Kanada
  • Danimarka
  • Böyük Britaniya
  • Cənubi Afrika
  • İsveç
  • Norveç
  • İsveçrə
  • Tayland

 

Gözəl Həşimova