Qlobal zeytun yağı istehsalı iqlim dəyişikliyi, həddindən artıq isti hava və quraqlıq səbəbilə son 5 ilin ən aşağı səviyyəsinə enəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, dünyada ümumi zeytun yağı istehsalı 2017-2018-ci illərdə 3 milyon 379 min ton, 2018-2019-cu illərdə 3 milyon 304 min ton, 2019-2020-ci illərdə 3 milyon 269 min ton, 2020-2021-ci illərdə 3 milyon 3 ton, 2022-ci il ildə 3 milyon 398 min ton olub. 2022-2023-cü illər üçün proqnoz 2 milyon 505 min ton olaraq müəyyən edilib. Beləliklə, dünyada zeytun yağı istehsalının son 5 ilin minimumuna enəcəyi proqnoz edilir.

 

Gözəl Həşimova