Dünyada yaşamaq üçün ən yaxşı 25 ölkənin siyahısı açıqlanıb.

İqtisadiyyat.az bununla bağlı araşdırmalar aparıb.

Belə ki, yaşamaq üçün ən yaxşı ölkələrin təhlili aparılarkən burada iqtisadi təsir, hərbi güc və həyat keyfiyyəti kimi sahələrdə qlobal vəziyyət araşdırılıb.

"US News"un "2024-cü ilin ən yaxşı ölkələri" adlı reytinq cədvəli 17.000-ə yaxın dünya vətəndaşı arasında aparılan sorğuya əsaslanan 89 ölkə haqqında təsəvvürləri əks etdirir.

Araşdırmalara görə, dünyanın ən yaxşı 25 ölkəsi bunlar seçilib:

  1. İsveçrə
  2. Yaponiya
  3. Amerika Birləşmiş Ştatları
  4. Kanada
  5. Avstraliya
  6. İsveç
  7. Almaniya
  8. Böyük Britaniya
  9. Yeni Zelandiya
  10. Danimarka
  11. Norveç
  12. Fransa
  13. Hollandiya
  14. Sinqapur
  15. İtaliya
  16. Çin
  17. Birləşmiş Ərəb Əmirlikləri
  18. Cənubi Koreya
  19. İspaniya
  20. Finlandiya
  21. Avstriya
  22. İslandiya
  23. Belçika
  24. İrlandiya
  25. Qətər

 

1.İsveçrə

"Ən yaxşı ölkələr" reytinqində İsveçrə dominant olaraq qalır. Kiçik Mərkəzi Avropa ölkəsi layihənin başlanmasından bəri ardıcıl üçüncü ildir ki, ümumi sıralamada 1-ci yerdədir. İsveçrə təhlükəsizlik və korrupsiyanın aşağı səviyyəsi ilə bağlı reytinqlərdə ilk yerdə dayanır. Ölkənin ümumi daxili məhsulun (ÜDM) həcmi 885 milyard dollar, adambaşına düşən ÜDM isə 92,980 dollardır.

Beləliklə, İsveçrə dünyanın ən varlı ölkələrindən biridir və əsrlər boyu neytrallığı ilə məşhurdur.

 

2. Yaponiya

Yaponiya dünyanın ən savadlı və texniki cəhətdən inkişaf etmiş dövlətlərindən biridir.

Ölkə dünyanın üçüncü ən böyük iqtisadiyyatına sahibdir. Eyni zamanda, Yaponiya dünyanın ən böyük motorlu nəqliyyat vasitələri, elektron avadanlıq və polad istehsalçıları arasındadır.

Yaponiyanın ÜDM həcmi 4,21 trilyon dollar, adambaşına düşən ÜDM isə 50,207 dollar təşkil edir.

 

3. ABŞ

Amerika Birləşmiş Ştatları dünyanın ən dominant iqtisadi və hərbi gücə malik ölkəsidir. Buna baxmayaraq, ABŞ hələ də irqi gərginlik və gəlir bərabərsizliyi daxil olmaqla, bir çox daxili problemlərlə üzləşir. Ölkənin ÜDM həcmi 27,4 trilyon dollar, adambaşına düşən ÜDM isə 81,695 dollardır.

 

Gözəl Həşimova