Qlobal xam polad istehsalı sentyabr ayında keçən ilin eyni ayına nisbətən 1,5% azalaraq 149,3 milyon tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) məlumat yayıb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin sözügedən dövrdə istehsalı 5,6% azalaraq 82,1 milyon tona çatıb. Yaponiyanın hasilatı 1,7% azalaraq 7 milyon tona enib, ABŞ-nin istehsalı isə 2,6% artaraq 6,7 milyon tona yüksəlib. Hesabat dövründə Türkiyənin xam polad istehsalı 8,4% artaraq 2,9 milyon tona çatıb.

 

Gözəl Həşimova