Qlobal xam polad istehsalı bu ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalaraq 161,6 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) may ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin sözügedən dövrdə istehsalı 7,3% azalaraq 90,1 milyon tona yüksəlib. Bu dövrdə Yaponiyanın polad istehsalı 5,2% azalaraq 7,6 milyon tona, ABŞ-ın istehsalı isə 2,3% azalaraq 6,9 milyon tona enib.

Türkiyənin xam polad istehsalı isə 10,4% azalaraq 2,9 milyon ton olub.