Dünyada 2023-2024-cü illərdə taxıl istehsalı rekord səviyyəyə çatacaq

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Məlumata görə, bu il dünyada taxıl istehsalı 2 milyard 819 milyon tona çatacaq ki, bu da 2022-ci illə müqayisədə 1,1% çoxdur. Xüsusilə, hazırda 783,3 milyon ton təşkil edən dünya buğda istehsalı perspektivlərində yaxşılaşma müşahidə olunur. Buna bir sıra ölkələrdə, o cümlədən Kanada, Qazaxıstan və Türkiyədə daha yaxşı perspektivlər kömək edir.

Buna baxmayaraq, bu il buğda istehsalı ötən ilki səviyyədən 2,3% az olacaq.