Qlobal bazarlar qışın isti keçməsi ilə əlaqədar həddindən artıq qaz təchizatı ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Morgan Stanley" investisiya bankının analtikləri bildiriblər.

Proqnozlarına görə, yaxın illərdə qaz bazarında artıq təklif rekord həddə çatacaq. Hazırda dünyada ildə 150 ​​milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) hasil etmək üçün imkanlar yaradılır ki, bu da tədarükün daha da artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Məlumata görə, qlobal təbii qaz qiymətləri ABŞ, Avropa və Şimali Asiya kimi regionlarda mülayim qışa görə aşağı düşür.

Ekspertin fikrincə, yanacağın ucuzlaşmasından ən çox Avropa ölkələri qazanacaq.

 

Gözəl Həşimova