İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın "Baker Hughes" neft xidmətləri şirkətinin məlumatında deyilir.

Qeyd edilib ki, bu rəqəm 2023-cü ildəki 1812-dən 1734-ə düşüb. O cümlədən Şimali Amerikada qurğuların sayı 78, Latın Amerikasında 21 ədəd azalıb.

Eyni zamanda, ötən ilin dekabrında dünyada fəaliyyət göstərən qazma qurğularının qlobal sayı 1708-dən 1660-a düşüb.

ABŞ-də ötən ay qurğuların sayı noyabr ayı ilə müqayisədə 5 ədəd artaraq 589-a çatıb. Kanadada isə bu rəqəm 44 ədəd azalaraq 162 ədəd təşkil edib.

Qeyd edək ki, "Baker Hughes" 1944-cü ildən aktiv qazma qurğuları haqqında məlumatları dərc edir.

 

Gözəl Həşimova