Dünyada koronavirusdan sağalanların sayı 704 049 nəfərə çatıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Koronavirusa yoluxanlar 2 574 994 nəfərdir.
Virusdan ölənlər isə 178 658 nəfər təşkil edir.
Qeyd edək ki, koronavirusa yoluxma qitələr arasında ən çox - 1 152 934 nəfərlə Avropada müşahidə edilir.
Ən az yoluxma halı isə 25 777 nəfərlə Afrikadadır.
Xatırladaq ki, ölkəmizdə 1 480 koronavirusa yoluxma faktı qeydə alınıb, 865 nəfər sağalıb.