Dünyada COVID-19 pandemiyasına yoluxma halları son 28 gündə 52% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, noyabrın 20-dən dekabrın 17-dək ən çox yoluxma halı Rusiyada aşkarlanıb - 279 359 nəfər.

Dörd həftə ərzində dünyada 854,673 nəfər virusa yoluxub, 3,005 nəfər isə həyatını itirib.

Avropada yoluxma halları 54%, ölüm halları 14% artıb. Eyni zamanda, Amerikada yoluxma 23%, ölüm isə 48% azalıb.

 

Gözəl Həşimova