Dünyada ən çox kartof istehsal edən ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

2022-ci il üzrə hazırlanan hesabata görə, dünyada kartof istehsalı artaraq 374 777 763 ton təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 0,3 faiz deməkdir. 2021-ci ildə dünya üzrə kartof istehsalı 373 787,150 ton olub.

Hesabata əsasən, dünyada ən çox kartof istehsal edən ölkələr siyahısına Çin liderlik edib. Bu ölkə həmin il 95,57 milyon ton kartof istehsal edib. Bunun da həm əhalinin sayının çox olması, həm də ölkədə bu məhsula olan tələbatın kifayət qədər artması ilə əlaqəli olduğu bildirilir. 

Qeyd olunan səbəblərlə əlaqəli olaraq, siyahıda ikinci ən çox kartof istehsalçısı ölkəsi olaraq Hindistan qərarlaşıb.

Ölkə

İstehsal həcmi

Çin

95,57 milyon ton

Hindistan

56.18 milyon ton

Ukrayna

20.9 milyon ton

Rusiya

18.89 milyon ton

ABŞ

17.79 milyon ton

Almaniya

10.68 milyon ton

Banqladeş

10.14 milyon ton

Fransa

8,079 milyon ton

Pakistan

7,94 milyon ton

Hollandiya

6,92 milyon ton

Kanada

6.25 milyon ton

Misir

6.15 milyon ton

Polşa

6.03 milyon ton

Peru

6.02 milyon ton

Türkiyə

5.20 milyon ton

 

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda isə fermerlər tərəfindən 1 milyon 074 min 300 ton kartof istehsal olunub. Azərbaycandan 2022-ci ildə 35,1 milyon dollarlıq 78,3 min ton kartof ixrac edilib. Ölkəmizdə kartofçuluğun inkişafı dövlət tərəfindən dəstəklənir. Kartof əkən fermerlərə həm əsas, həm təkrar əkinlərə görə subsidiya ödənilir.

 

Gözəl Həşimova