"Apple" bu ilin ikinci rübün üçün balans hesabatını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu dövrdə "Apple"ın "iPhone" satışlarında azalma, "Mac" və "iPad" satışlarında isə artım müşahidə olunub.

Aprel-iyun dövründə "iPhone" satışları 0,9 faiz azalaraq 39,3 milyard dollar olub. Bu azalmaya baxmayaraq, "iPhone" satışlarından əldə olunan gəlir bazarın gözləntilərindən yüksək olub.

Eyni dövrdə "iPad" satışları 23,7 faiz artaraq 7,2 milyard dollara, "Mac" satışları isə 2,5 faiz artaraq 7 milyard dollara çatıb.

 

Gözəl Həşimova