Ötən ay dünya ərzaq qiymətləri indeksi 0,9% artaraq 120,4 bənd səviyyəsinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, ərzaq qiymətlərinin qlobal artımı ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Məlumata görə, indeksdə artım daha çox taxılın və süd məhsullarının bahalaşması fonunda baş verib. Eyni zamanda, ətin qiymət indeksi may ayında faktiki olaraq dəyişməz qalıb. Şəkər və bitki yağlarının qiymət indeksində isə 7,5% və 2,4% azalma müşahidə olunur.

Bildirilib ki, qlobal ərzaq qiymətləri indeksi artıq üçüncü aydır ki, artmaqdadır. BMT bu artımı, bir sıra amillərlə, o cümlədən əlverişsiz hava şəraiti və Ukraynada davam edən müharibənin mənfi nəticələri səbəbindən kənd təsərrüfatı məhsuldarlığının azalması riskləri ilə izah edib.

 

Gözəl Həşimova