Dünyada ən çox tütün və tütün məmulatlarının istehlak edildiyi ölkə məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, qlobal reytinq platforması olan Statistanın 18-64 yaş arası 2000 respondent arasında keçirdiyi sorğunun nəticəsinə görə, siyahıya 46%-lə Rusiya başçılıq edir. 46% rusiyalı daimi və ya mütəmadi olaraq siqaret istifadəçisidir. İspaniya və Almaniya müvafiq olaraq 42 və 40%-lə ikinci və üçüncü yerləri bölüşür. Hindistan 39%-lik göstərici ilə dördlükdə yer alıb. Çin cəmi 1 % az göstərici ilə ilk beşliyi tamamlayır.