2022-ci il üzrə dünyada ən çox mal əti ixrac edən ölkələrin siyahısı açıqlanıb.
İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb.
Hesabat dövründə ABŞ 9,3 milyard dollar dəyərində ixracatla dünya miqyasında ən böyük mal əti ixracatçısı olub.
Araşdırmalara görə, ət sənayesi 2021-ci ildə təqribən 897,5 milyard ABŞ dolları dəyərində qiymətləndirilib və 2027-ci ildə təxminən 1,4 trilyon ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır. 2022-ci ildə dünyada ən çox istehsal edilən ət növü quş əti, sonra isə donuz əti olub. Təqribən 72 milyon ton istehsal həcmi ilə mal və dana əti siyahıda üçüncü yerdədir.
2022-ci ildə dünya üzrə ən çox mal əti ixrac edən ölkələrin siyahısı isə belədir:
Ölkə |
Ət ixracının dəyəri |
ABŞ |
9,3 milyard dollar |
Almaniya |
8 milyard dollar |
Meksika |
7,2 milyard dollar |
Brazilya |
3,2 milyard dollar |
Argentina |
3,1 milyard dollar |
Niderland |
3 milyard dollar |
Polşa |
2,85 milyard dollar |
Nikaraqua |
2,76 milyard dollar |
Kanada |
2,5 milyard dollar |
Hindistan |
2,2 milyard dollar |
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan 36,5 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 11,5 milyon dollar çoxdur. Ölkə 2022-ci ildə isə 84,2 milyon dollarlıq ət idxal edib.
Gözəl Həşimova